Dünya 17:29 22.02.2021

Lukaşenko köməyinə görə Putinə təşəkkür etdi: "Pullar boşuna getməyib "

Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinə Rusiyanın ölkəsinə göstərdiyi köməyə görə təşəkkür edib.

Qaynarinfo xəbər verir ki, Lukaşenko bazar ertəsi Soçidə Putinlə görüşündən qabaq bu haqda danışıb və "Əlbəttə, Belarus iqtisadiyyatına göstərdiyiniz dəstəyə görə sizə çox minnətdaram. Sizə bildirməliyəm ki, bu boşuna deyil, pullar yelə sovrulmayıb”, - deyib.

Putin də öz növbəsində Rusiya ilə Belarus arasında qarşılıqlı əlaqələrin yaxşı tənzimləndiyini və yaxşı işlədiyini qeyd edib: "Qarşılıqlı təsir, strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinin təsdiqləndiyini bildirməkdən məmnunam".

TASS qeyd edir ki, Belarus lideri ilə görüşün əvvəlində Rusiya dövlətinin başçısı Lukaşenko ilə o gün "xizək sürə biləcəyinə” ümid etdiyini bildirib.

Qeyri-iş günündə hər iki lider danışıqlara qalstuksuz gəlib: Putin - cins şalvarda və köynəyindən bir az tünd boz-gödəkçədə, Lukaşenko isə adi şalvar və tünd mavi sviterdə olub.

Alpər