Dünya 11:20 07.08.2020

Lukaşenko rus “Vaqner”çiləri hansı halda Kiyevə verəcəyini açıqladı

Ukrayna hüquq-mühafizə orqanları konkret cinayətlərdə günahlarını sübut etməyincə saxlanılan "Vaqner”çilər Kiyevə verilməyəcək. 

Qaynarinfo xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko jurnalist Dmitri Qordona müsahibəsində deyib. Onun sözlərinə görə, rusların ekstradisiyası "tam aydın mənzərə" yarananda baş verəcək.

Belarus lideri izah edib, bu məsələdə Minsk Rusiya və Ukrayna ilə beynəlxalq müqavilə çərçivəsində hərəkət edir.

"Ukrayna, Belarus və Rusiya prokurorları bu məsələ üzərində işləyirlər, aydın bir mənzərə yaratmaq lazımdır. Bu barədə Zelenskiyə dedim. Günah aşkar olunana qədər heç kim heç kimə ekstradisiya olunmayacaq. Bu, ekstradisiya tələbini göndərən ölkənin vəzifəsidir. Kimin kimi öldürməsi, kimə atəş açmasını sübut etmək lazımdır”, - Lukaşenko müsahibəsində deyib.
 
Alpər