Belarusiya Prezidenti Aleksandr Lukaşenko ölkənin müəssisələrindən birinə baş çəkərkən bir sıra maraqlı məsələlərə toxunub.
Qaynarinfo STV kanalına istinadən xəbər verir ki, o, görüş iştirakçılarını koronavirusun nə olduğunu düşünməyə dəvət edib.
"Birinci sual budur: koronavirus insan tərəfindən yaradılmış bir infeksiyadır, yoxsa təsadüfən havadan meydana gəlib və o, kimə lazım idi?" - prezident sula edib.
Bundan sonra Lukaşenko daha bir məqama diqqət yetirməyi təklif edib: görəsən digər dövlət başçılarından nahsısa biri koronavirus və psixozdan öz məqsədləri üçün istifadə etməyə cəhd göstərməyib ki? "Kimə lazım idi" və "kim istifadə etdi" əsas suallardır. "Kimsə bunun müharibə olduğunu bəyan eydi: "sarı jiletliləri” küçələrdən uzaqlaşdırıb, bir yerə bənd etməliyik”, - Likaşenko deyib.
Kimdəsə seçki keçirilməlidir və o, seçkini öz xeyrinə fırlatmaq niyyətindədir. "Odla oynayırlar", - Belarus lideri nitqini Amerika liderinə incə eyhamla başa çatdırıb.
Alpər
Şərhlər