Dünya 10:20 06.08.2020

Lukaşenkodan şok: Tutulan rus hərbçiləri Ukraynaya veriləcək

Ukraynalı jurnalist Dmitri Qordon Belarus Prezidenti Aleksandr Lukaşenko ilə aktual mövzular, o cümlədən koronavirusla bağlı vəziyyət, qarşıdan gələn seçkilər, habelə prezident seçkiləri zamanı iğtişaşlar hazırladığı iddia edilən "rus hərbçiləri"nin ("Vaqner”) tutulması barədə danışıb.

Qaynarinfo xəbər verir ki, Lukaşenko ukraynalı həmkarı Vladimir Zelenskinin Donbasdakı döyüşlərin iştirakçılarını (o cümlədən Ukrayna vətəndaşlarını) ondan Ukraynaya təhvil verməsini istəyib.

"Lukaşenko Belarusiyadakı prokurorluğa və digər hüquq-mühafizə orqanlarına yaşıl işıq yandıracağını vəd edib... onlar günahkarları həm Rusiyaya, həm də Ukraynaya vermək üçün lazım olan hər şeyi edəcək", - deyən Qordon Belarus prezidentini gözlənilməz rezonanslı, cəsur və maraqlı reportajına görə tərifləyib.
 
Alpər