Dünya 15:49 12.03.2013

Lukaşenkonun qızıl dayağı çökür

Belarusun qızıl ehtiyatları tükənmək üzrədir. 

Qaynar.info-nun məlumatına görə, fevral ayı ərzində ölkənin qızıl ehtiyatları 13 milyon dollar azalıb. Belarus Milli Bankının hesablamalarına görə, hazırda ölkənin qızıl fondu 8 milyard dollar təşkil edir. 

Qızıl ehtiyatının azalması ölkə xərclərinin artması və eyni zamanda qızılın qiymətinin aşağı düşməsi ilə bağlıdır. Əgər ölkə xəzinəsi dolmasa qızıl fondu ölkənin bütün ehtiyaclarını ödəyə bilməyəcək. Hazırda Belarusun dövlət ehtiyacları 15 milyard dollar təşkil edir və hər ay da artır. 

Qaynar.info