Video 11:13 24.12.2018

Lüks villalara tələbat artıb (VİDEO)

Yeni il ərəfəsində ölkəyə gələn turistlərin sayının artması hotellərdə və istirahət məkanlarında yerlərin sayını məhdudlaşdırıb. Bu isə həyət evləri ilə yanaşı, lüks villalara da tələbatı artırıb. Tələbat isə qiymətlərə öz təsirini göstərib.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, belə villalarda istirahət bəzi hallarda hotellərdən də baha başa gəlir.

İstirahət üçün lazımi şəraitlə təchiz olunan villalarda üç gecə-dörd gün qalmaq istəyənlər 1000 manatdan çox pul ödəyirlər. Belə villalar müştərilərə paytaxtla yanaşı, bölgələrdə də təklif edilir.