Dünya 12:35 23.04.2019

Lüksemburqun keçmiş Böyük Hersoqu vəfat etdi

Lüksemburqun sabiq Böyük Hersoqu Jan Benoit Qilyam Robert Antoin Luiz Mari Adolf Mark dAviano 98 yaşında vəfat edib.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, bu barədə onun oğlu hazırkı Böyük Hersoq Henri məlumat verib. 

Qeyd edək ki, keçmiş Böyük Hersoq Jan 1921-ci ildə Böyük Hersoginya Şarlot və Şahzadə Feliksin böyük övladı kimi dünyaya gəlib. O, 1964-2000-ci illərdə Lüksemburqda taxt-tacın sahibi olub.

Gülşən