Video 20:10 29.07.2019

Ölüm hökmü bərpa olunsunmu? - VİDEOSORĞU

Bu günlərdə Sumqayıt şəhərində 55 yaşlı kişinin 8 yaşlı qızı zorlaması ictimaiyyətdə ciddi müzakirələrə səbəb oldu. Baş verən iyrənc olaya tanınmışlar da sosial şəbəkələrdə, mətbuatda münasibət bildirib, sərt şəkildə tənqid ediblər. 

Hadisə ilə bağlı qəzəbini gizlədə bilməyən xalq artisti Nürəddin Mehdixanlı isə ölüm hökmünün bərpasını təkrar gündəmə gətirib: "Ölüm hökmü qayıtmalıdır. Saysız qətl hadisələrinin və bu sayaq vəhşiliklərin əsas baş vermə səbəbi ölüm hökmünün ləğv edilməsidir”.

Onun bu fikrinə digər sənətçilər, o cümlədən əməkdar artist Elza Seyidcahan da qoşulub. 

Bəs, adi vətəndaşlarımız ölüm hökmünün bərpasını istəyirmi?

Mövzu ilə bağlı müsavat.com-un əməkdaşları Bakı sakinləri arasında sorğu keçirib. 

Respondentlərin cavabı müxtəlif olub. Maraqlı sorğunu təqdim edirik.