Sənət 09:55 28.01.2021

Ölüm xəbəri yayılan Rəmişlə bağlı həyat yoldaşından açıqlama

"Rəmişin ölüm xəbəri yalandır, inanmayın" 
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında məşhur gitaraçı, xalq artisti Rəmişin həyat yoldaşı Gülü xanım deyib.
 
O bəzi saytlarda yayılan gitaraçının ölüm xəbərini təkzib edib. 
 
Qeyd edək ki, sənətçi Hepatit C mənşəli xroniki qaraciyər xəstəliyindən əziyyət çəkir.

Rafiq Hüseynov 14 noyabr 1944-cü ilə Ağdamın Gülablı kəndində anadan olub.