Dünya 11:45 27.04.2019

Ölümcül seçki: 276 nəfər yorğunluqdan ölüb

İndoneziyada aprelin 17-də keçirilən seçkilər çox sayda insanın ölümünə səbəb olub.

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ariv Budiman bildirib. Onun sözlərinə görə, seçki zamanı 276 nəfər həlak olub.

Ölənlərdən 225 nəfəri 40 yaşından yuxarı olan məmurlardır. 33 nəfər seçki müşahidəçisi vəfat edib. 18 polis əməkdaşı isə yol qəzalarında ölüb. 

MSK sədri bildirib ki, ölümlərin əksəriyyəti yorğunluqdan olub. İndoneziyanın coğrafi mövqeyi elədir ki, komissiyalarının üzvləri və polislər seçki bülletenlərini cəngəlliklərdən, çaylardan və dağlardan keçərək seçicilərə çatdırmağa çalışır. Bu zaman onlar vəhşi təbiətdə at və qayıq vasitəsilə hərəkət edirlər. Seçki məntəqələri ümumilikdə 17 min adada yerləşir.