Dünya 13:18 12.01.2019

Ölümcül virus 9 nəfərin həyatına son qoydu: müalicəsi yoxdur

Argentinanın Epyen şəhərində baş tutan ad günü şənliklərindən birində qonaqlar ölümcül virusa yoluxub və daha sonra virus başqalarına da yayılıb.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hantavirus adlı yoluxucu xəstəlik səbəbindən 65 nəfər karantinə alınıb.  Son iki ayda bu ölümcül virus səbəbindən 9 nəfər ölüb, 26 nəfərdə isə olduğu müəyyən edilib.

Ağız maskaları paylanılan Epuyen sakinlərinə alış-veriş etmək xaricində 40 gün boyunca evlərindən çıxmamaları barədə xəbərdarlıq edilib.

Hantavirus nədir?

Əsasən Cənubi Amerika qitəsində rast gəlinən virus çöl siçovullarının ağız suyu və ifrazatına təmas yolu ilə keçir. Bu virusa yoluxan şəxsdə ürək və ağ ciyər, bəzən isə böyrək çatışmazlığı yaranır. Bunun hansısa bir antidoksini və ya müalicə metodu da yoxdur.