Ölkə 14:33 19.08.2018

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq

"Lütfi Zadənin qəbirstü abidəsinin üzərində son tamamlama işləri gedir. Lütfi Zadənin sentyabrın 6-da dünyadan köçməsinin birinci ili tamam olacaq. Məzarı üzərində abidənin açılışı da məhz sentyabrın 6-da Fəxri xiyabanda ucaldılacaq. Həmin gün insanlar onun məzarını ziyarət edə və abidəsi ilə tanış ola biləcəklər”.

Qaynarinfo xəbər verir ki, bunu modern.az-a açıqlamasında heykəltəraş, xalq rəssamı, akademik Ömər Eldarov deyib.

Lütfi Zadənin qəbirüstü abidəsini hazırlayan Ömər Eldarov bildirib ki, avqustun sonuna kimi abidə hazır olacaq:

"Bu, dövlət tərəfindən həyata keçiriləcək. Montaj olundan 3-4 gün sonra abidə hazır olacaq. Amma məzarı üzərində abidənin ucaldılması avqustun axırlarına təsadüf edəcək”.

Qeyd edək ki, sosial şəbəkələrdə hələ də dünya şöhrətli alim Lütfizadənin məzarı üzərində abidənin ucaldılmamasını alimə qarşı hörmətsizlik kimi qeyd ediblər. Bəzi sosial şəbəkə istifadəçiləri  tərəfindən "alimin məzarına baxan yoxdur” kimi fikirlər yazılıb.