Dünya 18:24 24.03.2019

Macarıstanda saxlanılan suriyalının İŞİD cəlladı olduğu üzə çıxdı

Yeni il ərəfəsində Macarıstanda ölkəyə saxta sənədlərlə daxil olmaq istəyərkən saxlanılan suriyalının İŞİD "veteranı” olduğu müyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu fakt 27 yaşlı suriyalı ilə bağlı hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxıb. Məlum olub ki, o, 3 il ərzində İŞİD-in apardığı döyüşlərdə iştirak edib. Ona qarşı terror aktına bərabər tutulan birinci dərəcəli qətl ittihamı irəli sürülüb. 

Həmin şəxsin Homs şəhərində İŞİD-ə qoşulmaq istəməyən adamın edamında iştirakı və cinayət tərkibli digər videokadrları üzə çıxarılıb.