Dünya 11:20 30.01.2019

Maduro: "Tramp məni öldürmək üçün mafiyaya əmr verib"

Venesuelanın dövlət başçısı Nikolas Maduro ABŞ prezidenti Donald Trampın onu öldürmək istədiyini deyib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, o, Trampın bunun üçün Kolumbiya hökuməti vasitəsilə mafiyaya əmr verdiyini iddia edib.

Özünə tətbiq olunan sanksiyaların Trampın milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun ən çılğın qərarlarından olduğunu ifadə edən Maduro rəsmilərin ölkə iqtisadiyyatının sabitliyi üçün can başla çalışdığını vurğulayıb.

O, sanksiyaların qanunsuz olduğunu, ölkənin borclarını ödəyəcəklərini və bu mübarizəni qazanacaqlarını söyləyib.

Sonda ona dəstək olduğu üçün Rusiya prezidentinə minnətdarlığını ifadə edən ölkə lideri müxaliflərlə dialoqa açıq olduğunu, ordunun hələ də ona sadiq qaldığını bildirib.