Video 23:58 25.09.2021

Mahir Emreli Polşa çempionatında növbəti qolunu vurdu, komandası uduzdu (VİDEO/YENİLƏNİB)

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" komandası Polşa çempionatında növbəti oyununa çıxıb. 

"Report"un məlumatına görə, Varşava təmsilçisi IX turda "Rakuv"u qəbul edib. 

Qarşılaşma "Legiya"nın 2:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matça start heyətdə başlayan Emreli 33-cü dəqiqədə komandasının ilk qoluna imza atıb və sonadək meydanda olub. 

Qeyd edək ki, rəqiblərindən iki oyun az keçirən paytaxt klubu hazırda 7 görüşdən sonra 9 xalla 14-cü pillədə qərarlaşıb. 
 
23:46

"Legiya"da çıxış edən Azərbaycan millisinin futolçusu Mahir Emreli Polşa çempionatında növbəti qolunu vurub.

"Report"un məlumatına görə, 24 yaşlı hücumçu IX turda "Rakuv"la oyunda fərqlənib.

Forvard 33-cü dəqiqədə Varşava təmsilçisinin bərabərlik qoluna imza atıb.

Qeyd edək ki, görüşdə ilk hissə oynanılır və hesab 1:1-dir. Mahir Emreli VIII turda "Qurnik Lençna"ya 3:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada da adını tabloya yazdırıb.