İdman 20:19 08.06.2019

Mahir ilk dəfə meydana "Əmrəli" soyadı ilə çıxacaq

"Qarabağ"ın oyunçusu Mahir ilk dəfə "Mədətov" kimi deyil, "Əmrəli" soyadı ilə matça çıxacaq.

Qaynarinfo xəbər verir ki, Avro-2020-nin seçmə mərhələsində Azərbaycan-Macarıstan qarşılaşmasından öncə açıqlanan heyətlərdə Mahir rəsmi şəkildə "Əmrəli” kimi qeyd olunub.

Qeyd edək ki, Mahir prodüser atası Anar Mədətovun anasından boşanıb ikinci dəfə ailə qurmasından sonra soyadını dəyişib. Mahirdən sonra bu addımı bacısı Ayişə də "Mədətova" soyadından imtina edərək "Əmrəli" olub.