İdman 12:03 20.01.2019

Makqreqorun rəqibi bəlli oldu

İrlandiyalı döyüşçü Konor Makqreqor amerikalı döyüşçü Donald Serronla rinqə çıxacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə o, Twitter hesabında məlumat verib. Serron UFC Fight Night 143 turniri çərçivəsində rəqibi Aleksandr Knoku ikinci raundda texniki nakautla məğlub etdikdən sonra Makqreqorla döyüşmək istədiyini açıqlamışdı.

Makqreqor onun bu təklifini qəbul edib. Döyüşün nə zaman baş tutacağı isə hələlik açıqlanmayıb.
 
Qeyd edək ki, ötən ilin oktyabrında rusiyalı döyüşçü Həbib Nurməhəmmədova məğlub olan Konor revanş istəmiş, lakin Nurməhəmmədov onun bu təklifini qəbul etməmişdi.