Dünya 17:50 23.09.2018

Makron nüfuzunu itirməyə davam edir

Fransa prezidenti Emmanuel Makron nüfuzunu itirməyə davam edir.

Qaynarinfo xəbər verir ki, Fransa İctimai Tədqiqat İnstitutunun hazırladığı anketə görə, ötən ay ölkə əhalisinin 35%-inin dəstəyini qazanmış ölkə rəhbəri hazırda Fransada sadəcə 29% insan tərəfindən rəğbət görür. Baş nazir Eduard Filip də avqust ayı ilə müqayisədə dəstəkçi itirib və anketdə sadəcə 34% səs qazana bilib. 

Qeyd edək ki, Emmanuel Makron ötən ilin eyni dövründə 60% dəstəkçiyə sahib idi. Fransa prezidentinin nüfuz itirməsində işlətdiyi ifadələr, ətraf mühit naziri Nikolas Hulotun istefası və apardığı xarici siyasət rol oynayıb.

Gülşən