İdman 19:54 17.05.2013

“Malaqa” avrokuboklardan rəsmən uzaqlaşdırıldı

UEFA İspaniyanın "Malaqa" klubunu iki il müddətinə öz bayrağı altında keçirilən bütün turnirlərdən kənarlaşdırıb.

Qol.Az-ın istinadən yaydığı xəbərə görə, buna səbəb klubun keçən il olduğu kimi bu mövsümdə də kredit və vergi borclarını ödəyə bilməməsidir.

Mövsümün əvvəlində ali qitə qurumu komandanı Çempionlar Liqasına buraxmamağı gündəmə gətirsə də, “Malaqa” 2013-ci ilin mart ayına qədər bütün borcların ödəniləcəyinə söz verdiyi üçün komandanın turnirdə iştirakına icazə verilmişdi. Klub verdiyi sözün üstündə duraraq borclarını ödəyib.

Ancaq bu mövsüm də yenidən borcları yaranan klub “Fair Play” qaydalarına əsasən iki illik cəzalandırılıb.

Bu qərarın ardından isə ispan klubu apelyasiya şikayəti verib.

Qaynar.info