Foto 23:40 07.06.2018

Maltada adanın Azərbaycana təhvil verilməsini qeyd etdilər

"Rezistenza Malta” adlı anonim fəallar qrupu Maltanın Floriana şəhərindəki müstəqillik abidəsinin üzərinə Azərbaycan bayrağı sancıb və aşağıdakı sözlər yazılmış lövhəni vurub: "Malta adalarının Azərbaycan Respublikasına təhvil verilməsinə xatirə olaraq”.

Virtualaz.org "Malta Today” nəşrinə istinadən xəbər verir ki, radikal hərəkətləri ilə məşhur olan qruplaşma Maltanın 18 il ərizndə Azərbaycanın dövlət müəssisəsindən təbii qaz alacağı öhdəliyi götürməsinə narazılığını bildirib.

Bu ilin aprel ayında qrup "Pilatus Bank”ın keçmiş İdarə Heyətinin sədri Əli Sədr Haşemi Necadın ağ-qara həbsxana paltarı geydirilmiş manekenini Maltanın analitik kəşfiyyat şöbəsinin qarşısına yerləşdirmişdi. Bu hadisə İrana qarşı Amerika hökumətinin sanksiyalarına riayət etmədiyinə görə Haşemi Nesadın ABŞ-da həbs edilməsindən sonra baş vermişdi.

May ayında isə qrup baş nazirin çılpaq karton heykəlini quraşdırıb. Bu heykəl Hans Xristian Andersenin "çılpaq kral”ını simvolizə edirdi. Bununla radikallar Malta vətəndaşlığının verilməsi qaydalarına etirazlarını bildirmişdilər.