Ekonomiks 12:21 25.01.2018

Manat avroya nisbətən niyə ucuzlaşır? (ŞƏRH)

"Mərkəzi Bankın rəsmi kursuna əsasən, son 1 ayda dollara nisbətən stabil qalan manat avro qarşısında 5 faizə yaxın dəyər itirib. Bu gün ilk dəfə olaraq avronun manata nisbətən məzənnəsi 2.11-dək yüksəlib". 

Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, indi 1 Avropa pulu almaq üçün 2 manat 11 qəpik ödəmək lazımdı: 

"Manatın avroya birbaşa deyil, çarpaz məzənnəsi müəyyənləşdirildiyi üçün Avropa valyutasının dollara nisbətən möhkəmlənməsi birbaşa manatın avro qarşısında dəyər itirməsinə gətirib çıxarır. Artıq dünya bazarında 1 avro almaq üçün 1.24 dollar ödəmək lazımdır. Avropazonada iqtisadi göstəricilərin yaxşılaşması, Almaniyada yeni hökumət böhranın səngiməsi və eləcə də dolların son günlər əksər dönərli valyutalara nisbətən dəyər itriməsi avronun güclənməsinə səbəb olub".