İdman 21:33 12.05.2019

"Mançester Siti" çempion oldu

İngiltərə Premyer Liqasında 2018/2019-cu il mövsümü başa çatıb.

Qaynarinfo xəbər verir ki, "Mançester Siti” mövsümü çempion kimi tamamlayıb. Son turda "Bornmut” üzərində 4:1 hesablı qələbə qazanan "şəhərlilər” qızıl medallara sahib çıxıblar. 

Çempionlar Liqasının finalına vəsiqə qazanan "Liverpul” isə 2-ci pilləni tutub. 

Bakıda keçiriləcək Avropa Liqası finalında oynayacaq "Çelsi” bürünc medallarla kifayətlənib.