İdman 20:23 18.03.2018

"Mançester Siti"dən transfer bombaları: 400 milyona 2 futbolçu...

"Mançester Siti" yayda iki dünya ulduzunu heyətinə qatmaq istəyir.

Qaynarinfo xəbər verir ki, İngiltərə klubu "Tottenhem"dən Harri Keyn və "Real"dan İskoya elçi düşüb.

"Tottenhem"in ulduzunu "Real" başda olmaqla Avropanın əksər böyük klubları istəyir. İngiltərə klubu onu 200 milyon avrodan artıq qiymətə satmaq niyyətindədi.

İskonu isə uzun müddətdi "Mançester Yunayted" heyətinə qatmağa çalışsa da, "Real" satmaqdan imtina edir. "Kral Kulub" bu futbolçunu göndərməyə razılıq versə belə, 200 milyon avrodan aşağı qiymətə satmayacaq.

Qeyd edək ki, "Transfermarkt" Keynə 120, İskoya 75 milyon avro qiymət qoyub.