İdman 21:00 01.04.2014

“Mançester Yunayted”də Şou

“Sautgempton” klubunun şərəfini qoruyan İngiltərə yiğmasının üzvü Lyuk Şou “Mançester Yunayted” futbol klubuna keçməyə yaxındır. 

Anspressin verdiyi məlumata görə, 18 yaşlı futbolçunun transfer danışıqları klublar tərəfindən müsbət həll olunub. “Mançester Yunayted” Lyuk Şounun transferi uğrunda əzəli rəqibi “Celsi”ni qabaglamagı bacarıb. Londonlular Şouya mudafiəciləri Eşli Koulun əvəzləyicisi kimi baxaraq onun transferində israrlı idi. 

”Qırmızı şeytan”lar gənc mudafiəci ücün klubuna 227 milyon funt sterlinq ödəyəcək. Bu il İngiltərə yigmasında debut edən futbolçu yeni klubunda həftəyə 85 min funt sterlinq qazanacaq.

Qaynar.info