İdman 16:15 26.01.2022

"Mançester Yunayted"in futbolçusu İspaniya klubunda

"Mançester Yunayted"in futbolçusu Antoni Marsial rəsmən "Sevilya"ya keçib.

Qaynarinfo xəbər verir ki, La Liqa əmsilçisi yeni transferi rəsmən açıqlayıb. "Mançester Yunayted"də yetərincə şans tapa bilməyən fransalı futbolçu mövsümün sonuna kimi "Sevilya"da icarə əsasında forma geyinəcək.

Sağlamlıq yoxlamasından keçən Marsial digər ingilis klublarından gələn təkliflərə baxmayaraq, Sevilyada oynamaq istədiyini açıqlamışdı.

Futbolçunun transfer hüquqları isə tam şəkildə "Mançester Yunayted"də qalıb. Çünki futbolçu onun haqqında qərarın komandanın müvəqqəti baş məşqçisi Ralf Raqnikdən sonra bu posta gətiriləcək mütəxəssisin verməsini istəyib.

2015-ci ildə "Monako"dan "qırmızı şeytanlar"a transfer olunan 26 yaşlı futbolçu İngiltərə klubunun heyətində meydana çıxdığı 269 matçda 79 qola imza atıb.

Səbuhi Həsənov