İdman 18:04 04.06.2019

Maradona 4 gün yatırılacaq

Əfsanəvi futbolçu Dieqo Maradona 4 gün ərzində yatırılacaq.

Qaynarinfo xəbər verir ki, Argentina forması ilə Dünya Kubokuna yiyələnmiş 58 yaşlı sabiq futbolçu yuxu problemindən əziyyət çəkir. Maradonanın vəkili Matias Morla məsələ ilə bağlı açıqlama verib. Morla Dieqonun yuxu probleminin həlli üçün 4 gün ərzində yatırılaraq müalicə ediləcəyini deyib.

Bildirilir ki, son illərdə keçmiş həyat yoldaşı Klaudia, qızları Dalma və Cianinnanı ondan pul oğurlamaqda ittiham edən Maradona çətin günlər yaşayıb və yuxu sistemi alt-üst olub.

Gülşən