Video 17:58 03.12.2018

Maradona azarkeşi döymək istədi (VİDEO)

Meksika "Dorados”unu çalışdıran Dieqo Maradona ölkənin 2-ci divizionunun finalının cavab matçında "Atletiko Sent-Luis”dən alınan yenilginin ardından azarkeşi vurmağa cəhd edib.

Qaynarinfo "Milenio”ya istinadən xəbər verir ki, ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan "Dorados” cavab görüşündə 2:4 hesabıyla uduzaraq səviyyəcə yüksəlmək arzusuna çatmayıb.

Oyunun ardından dünya futbolunun əfsanəsinin ünvanına təhqiramiz nəğmə oxuyan rəqib fanatlar onu özündən çıxarıb. Maradona onlardan birini vurmaq üçün irəli şığısa da, ulduz çalışdırıcıya mane olublar.

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!