İdman 13:51 07.03.2013

Maradona dünyanın ən yaxşı məşqsini açıqladı

Argentina futbolunun əfsanəsi Dieqo Maradona “Bavariya”da baş məşqçilik edəcək Pep Qvardiola haqda danışıb.

Qol.Az-ın verdiyi məlumata görə, o qeyd edib ki, Qvardiola ilk ildən “Bavariya”ya kuboklar qazandıracaq: “Pep dünyanın birnömrəli məşqçisidir. “Bavariya” belə bir mütəxəssisə sahib olduğu üçün çox şanslıdır. Hansı liqada olur-olsun, Qvardiola hər zaman uğur əldə edəcək”.

Qeyd edək ki, “Barselona”da məşqçilk karyerasını sürpriz bir qərarla yekunlaşdıran Qvardiola 2013-2014 mövsümündən “Bavariya”da işləyəcək.

Qaynar.info