Maqazin 15:17 09.03.2019

Maradonanın daha 3 uşağı üzə çıxdı

 
Əfsanəvi futbolçu Dieqo Maradona daha 3 uşağını tanıyıb.
 
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 58 yaşlı argentinalının vəkili Mattias Morla onun atalıq testi üçün Havanaya gedəcəyini təsdiqləyib. İki ananın 3 uşağı Maradona soyadını almağa haqq qazanacaq.
 
Qeyd edək ki, Maradona daha öncə 30 yaşlı Dieqo Junior və 22 yaşlı Jananı anaları ilə olan məhkəmə çəkişməsindən sonra övladı kimi tanımışdı. Bundan başqa Maradonanın 1983-cü ildən 2003-cü ilə qədər birlikdə yaşadığı Klaudia Vilcafanedən 2 qızı var. İndiki sevgilisi Veronika Oxedadan da Dieqo Fernando adlı bir övladı olub.
 
Bu uşaqların da Maradonadan olduğu təsdiqlənsə, o, 8 uşaq atası olmuş olacaq.