İdman 11:42 20.08.2013

Mariya Şarapova soyadını dəyişir

Rusiyalı tennisçi Mariya Şarapova soyadının müvəqqəti Şuqarpova (“Sugarpova”) ilə əvəzlənməsini istəyir.

Qaynar.info xəbər verir ki, artıq Mariya bu barədə ABŞ-ın Florida şəhər məhkəməsinə müraciət edib.

Məşhur idmançı yeni soyadından 26 avqust – 8 sentyabrda keçiriləcək ABŞ-ın açıq çempionatında yararlanmaq niyyətindədi.
Turnirdən sonra isə o, əvvəlki soyadını qaytarmağı düşünür.

Qaynar.info