Ekonomiks 11:55 16.04.2013

Mark Zuckerberg Facebook-un reklamında - VİDEO

Facebook qurucusu və CEO-su Mark axır ki reklam ulduzu oldu.

Qaynar.info xəbər verir ki, Facebook Home-un yeni reklamında Mark Zuckerberg-in özü birbaşa baş rolda oynadı. Reklam ofisdə Markın Home tətbiqinin önəmindən danışarkən işçilərin ona çox da diqqət etmədiyindən bəhs edir. Bunun səbəbi isə işçilərin başlarının Homa-a qarışıq olmasıdır. 

Mark danışdığı zaman ətrafında keçidən tutmuş kartinqə, su hovuzuna qədər hər şey baş verir. Mark bütün bu baş verənlərə diqqət etmir. 

Markın bu reklamı 50 mindən çox izlənilib və 15 mindən çox paylaşılaşılıb. Onuda qeyd edək ki, Home tətbiqini Google Play-dən yükləmək mümnüdnür.

Qaynar.info