Video 10:50 08.12.2018

Marsda küləyin səsi qeydə alındı (VİDEO)

NASA Marsda ilk dəfə küləyin səsinin qeydə alındığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "InSight" kosmik vasitəsi günəş panellərinə dəyən küləyin səsini yazıb. Qeydə alınan səs 24 km sürətlə əsən şimal-qərb küləyinə aiddir. İlk dəfə başqa planetin səsi Yerə çatıb.

"InSight" 26 noyabrda Marsa eniş edib və planetin yer altı qatlarında tədqiqatlara başlayıb.

Gülşən
 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!