Dünya 14:37 22.12.2017

Marsda niyə həyat yoxdur?

İngiltərənin Oksford Universitetində həyata keçirilən araşdırma Mars planetində suyun, yəni həyatın olmamasının səbəbini açıqlayıb.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, planetin qaya strukturu suyun səthdə qalmasına mane olur. Araşdırma Marsın dünya ilə müqayisədə 25% daha çox su tutma potensialına sahib olduğunu, lakin suyun qaya strukturuna görə planetin mərkəzinə doğru endiyini ortaya qoyur.

Mars planeti təxminən 3 milyard il əvvəl su ilə örtülü olub. Suyun niyə yoxa çıxması illərdir müzakirə mövzusuna çevrilmişdi. Araşdırmanı həyata keçirən professor Con Veyd bildirir ki, planetin qabığındakı vulkan və su arasındakı reaksiya süngərə bənzər təsirə səbəb olub və bu, qayaların strukturuna təsir göstərib, nəticədə Marsın səthində su quruyaraq həyat üçün əlverişsiz yerə çevrilib.

Gülşən