Ölkə 14:07 06.02.2014

Masallı müsavatçıları Yadigar Sadıqovun ailəsinə baş çəkdilər - FOTO

Masallı müsavatçıları həbsdə olan Müsavat başqanın həbsdə olan müşaviri Yadigar Sadıqovun ailəsinə baş çəkiblər. 

Qaynar.info xəbər verir ki, bu barədə Müsavat Partiyası Masallı Rayon təşkilatının sədri Xasay Səfəroğlu şəxsi facebook səhifəsində məlumat yayıb: "Bu gün Masallı müsavatçılarından bir qrupu olaraq Yadigar bəyin ailəsini ziyarət etmək qərarına gəldik. Düzü, Yadigar üçün çox darıxdığımızdan bu qərarı verdik. Getdik, dəstək olmağa, ailəni sevindirməyə çalışdıq. Yadigara, onun ailəsinə azadlığa çıxana kimi dəstək olacağımızı bir daha bildirdik. Gedişimiz təsadüfən Yadigarın zəng vuran gününə düşməsi darıxmağımızı az da olsa, keçirdi. Fürsətdən istifadə edib bəylə danışdıq, hal-əhval tutduq, ona dostlardan salam çatdırdıq, ondan da dostlara salam gətirdik. Bəyin nəvəsi Emil isə məclisə xüsusi “rəng “ qatdı. Tezliklə Yadigar bəyi AZADLIQda görmək arzusu ilə".

Qaynar.info