Foto 11:29 30.01.2019

Masazırı su basdı (FOTOLAR)

Abşeron rayonu Mazasız qəsəbəsi "Qurtuluş-2” yaşayış kompleksinin yaxınlığında su borusu partlayıb.

Qaynarinfo xəbər verir ki, hadisə "Qurtuluş-2” yaşayış kompleksində yerləşən məktəbin yanında iki gün əvvəl baş verib.

Dayanmadan axan su yolları bərbad hala salıb. Ərazidən keçən maşın yolunun hər iki tərəfində gölməçələr yaranıb. 

Qeyd edək ki, fotoları Məmmədova Xəyalə sosial şəbəkələrdə paylaşıb.