Video 09:55 05.06.2018

"Maşın" şouda qalmaqal: canlı efir qəfil dayandı (VİDEO)

"Maşın" şou-da ötən gün canlı efir zamanı qalmaqal baş verib. 

Qaynarinfo baku.ws-ə istinadən xəbər verir ki, bu dəfə müğənni Roza ilə aparıcı İlhamə arasında söz davası baş verib. 

Roza İlhamənin səhiyyə işçilərindən səs istəməsinə qəzəblənib və onun ağır vəziyyətdə olan işçisini işdən çıxardığını bildirib. Bu sözləri eşidən İlhamə Rozaya düz danışmadığını söyləyib. 

Bu söz-söhbətlər fonunda qəfil veriliş dayanıb və bir neçə saniyəlik fasilə yaranıb. Daha sonra efir yenidən başlayıb və nəticələr açıqlanıb.