Maqazin 17:42 31.12.2018

"Maşın şou"nun qalibinin adı açıqlandı

ATV-də yayımlanan "Maşın şou" yekunlaşıb.

Qaynarinfo azxeber.com-a istinadən xəbər verir ki, şounun qalibi Xəyalə Quliyeva olub.

Ranar Musayevin əlini maşından çəkməsinə səbəb isə Xəyalənin ona göstərdiyi psixoloji təsir olub.
 
İddiaya görə, iştirakçılar arasında gərginlik yaşanıb və əsəbləri dözməyən Ranar şoudan uzaqlaşıb.
 
Şounun finalı bu gün saat 22:00-da ATV-də yayımlanacaq.