Ekonomiks 12:11 22.06.2013

Maşını park edə bilməyənlərə xoş xəbər - VİDEO

Bu maşın özü park edir.

Avtomobil istehsalçısı olan "Volvo" öz müştərilərinə sürpriz hazırlayıb. Anspress-in  verdiyi məlumata görə, bu dəfə isveçlilər maşınlarına avtomatik park olmağı öyrədiblər. Belə ki, "Volvo"nun sürücüsü maşından çıxa, avtomobilə öz smartfonu ilə əmr verə bilər. Maşın isə özü boş yer taparaq, təhlükəsiz şəkildə park ediləcək. Yaxud da park yerindən sizə tərəf gələcək. 

Artıq bu yenilik kütləvi istehsalda tədbiq edilməyə də hazırdır. Amma bu sistemin işləməsi üçün ancaq maşın ötürücülərlə təchiz edilmir, həm də avtodayanacaqda xüsusi "Car2" sistemi quraşdırılmalıdır. 

Qaynar.info