Dünya 13:24 30.03.2020

Maska satışında rekord artım: qlobal istehsalın yarısı Çinin payına düşür

Kovid-19 pandemiyasının genişlənməsi qlobal iqtisadiyyatı çökdürsə də, qoruyucu maskalara olan tələbi artırıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, maska istehsalının yarı faizi Çinin payına düşür. Əksər iri firmalar, moda müəssisələri artıq digər istehsalatlarını dayandıraraq, maska istehsalına yönəlirlər. Birləşmiş Krallıqda kiçik istehsalat müəssisəsi olan Kembric Mask şirkətinin direktoru Kristofer Dobbin bildirib ki, dünyada 6 aylıq istehsalını satmayan müəssisə tapmaq çətindir. O, tələb artdığından qiymətlərin də 15 qat artdığını bildirib. Banqladeşdən Nepala İsveçrədən ABŞ-a qədər dünyanın hər yerində maska istehsal edilir.

ABŞ Xəstəxanalar İttifaqı Kovid-19 xəstələrini müalicə etmək üçün normal qrip xəstəliyi ilə müqayisədə 9 qat artıq qoruyucu maskaya ehtiyac olacağını proqnozlaşdırır. ABŞ Səhiyyə Nazirliyi isə Strateji Milli Ehtiyatlar üçün 18 ay boyunca 500 ilyon maska alacağını açıqlayıb. Ölkənin ən böyük maska istehsalçılarından "3M", "Owens & Minor" və "Cardinal Health Medlina Industries" istehsal həcmini 4 qat artırmaq üçün növbəli iş rejiminə keçib.

Ən böyük maska istehsalçısı olan Çin artıq dünyanın digər ölkələrinə ixraca başlayıb. Fransa 1 milyarddan çox sifariş etdiyini açıqlayıb. Niderland isə sifariş etdiyi 1,3 milyon maskanın 600 minini kifayət qədər keyfiyyətli olmadığı üçün geri qatarıb. Çində gün ərzində 116 milyon ədəd maska istehsal edilir. Çin Milli Müdafiə və Reformasiya Komissiyası şirkətlrə epidemiyadan sonra artıq qalan maskaları alıb anbarlara yığacağını vəd edib. Sinxua Agentliyinin məlumatına görə Çin Neft şirkəti belə maska istehsalına töhfə verməyə başlayıb və mart ayının sonunda istehsalı 1,5 milyona çatacaq.