Artıq bir ildən artıqdır ki, insanlığı əsirinə çevirən COVİD-19-dan əsas qorunma yollarından birinin maska taxılması olduğu bildirilir. Bu hal dünyanın əksər ölkələrində hətta rəsmləşdirilib.
Qaynarinfo xəbər verir ki, bu sözləri professor Musa Qəniyev bildirib. O, maska taxmağın istər xeyirli, istərsə də zərərli tərəfini hərtərəfli təhlil edib:
"Hazırda bu haqda kəskin, ziddiyyətli yanaşmaları, insanların bu məsələyə sonsuz marağını, xüsusən bu haqda bir dənə də olsa tövsiyə xarakterli maarifləndirici məlumata rast gəlmədiyimə görə, bu problemə münasibət bildirməyin artıq zərurət olduğu qənaətinə gəldim:
Qoruyucu maskalardan istifadənin tarixi bizim eradan əvvəl 6-cı əsrdən başlayır. Ondan əvvəl isə, insanlar tanınmamaq məqsədilə maskalardan istifadə edirdi. Hazırkı tibbi maskaların sələfi hesab olunan "quş maskalarından” (quş dimdiyini xatırladan görünüşü vardı) 1345-1351-ci ildən Avropada 25 milyon insanın ölümünə səbəb olan "Qara ölüm”- Taun (çuma, pestis) pandemiyası yayıldığı dövrdən istifadə olunmağa başladı.
COVİD-19 pandemiya halını aldıqdan sonra, maska taxmağa münasibətdə dünya iki qütbə ayrıldı. Bir sıra ölkələrdə insanlar maskadan mütləq şəkildə istifadə etməyə başladı (məs. Cənubi Şərqi Asiya ölkələri). Bir sıra ölkələrdə isə buna son zamanlara qədər demək olar ki, əməl olunmurdu. Bir qrup Amerika və Tayvan alimlərinin "Science” jurnalında dərc olunan tədqiqatı göstərdi ki, digər viral infeksiyalardan fərqli olaraq, COVİD-19 törədiciləri tək kataral vəziyyətdə olan xəstələrdən deyil, hətta xəstəliyi simptomsuz keçirən şəxslərin tənəffüs havasında 0,1 -1000 nonometrli hissəciklər şəklində ətraf mühütə verilə, eləcə də əşyaların üstünə çökərək, uzun müddət saxlanılmaqla, kontakt yolu ilə yoluxmaya səbəb ola bilər. Tənəffüs havası ilə rütubətləndirilən qapalı mühütdə isə, onlar istər hava, istərsə də çökdüyü səthdə daha uzun müddət qaldığından, virusun virulentlik əmsalı və yoluxdurma potensialı qat-qat yüksək olur (bu həqiqətdir).
İndi isə, bu söyləntilərin arxasında duran əsl reallıq haqqında:
Tənəffüs havası ilə mikroaerozollar şəklində əşya səthinə çökən virusun güya maska taxılmasa, "əl-ayaq-ağız” yolu, yəni kontakt yolla ağıza və ya buruna düşərək xəstəlik törətməsi barədə bildirmək istəyirəm ki, xüsusən açıq havada istənilən bir əşyanın, hətta taxılmış maskanın üzərinə düşmüş Covid 19 virusu, mürəkkəb struktur əsaslı olduğundan, çox sürətlə parçalanaraq nuklein ardıcıllığını itirdiyi üçün, yoluxduruculuq qabiliyyəti praktik olaraq sıfırlanır (istənilən səth üzərində uzun müddət yalnız bəsit struktura malik olan viruslar, məsələn polimielit virusu, yaşaya bilir). Bu halda hətta laborator müayinə həmin səthdə virusun olduğunu təsdiqləsə belə, bu artıq yoluxduruculuq qabiliyyətindən tam məhrum olan inaktiv ştamm və ya genom fraqmentidir. Yəni heç bir halda yoluxma törədəcək gücə və ya potensiala malik deyildir və malik ola da bilməz.
Covid 19-un hava damcı üsulu ilə yoluxması haqqında:
Bu haqda məlum alimlərin söylədikləri və gəldiyi qənaətdən çox da qorxub panikaya düşmək lazım deyildir; çünki, ölçüsü yalnız 20 nonomikronda kiçik olan hissəçiklər ağ ciyər və tənəffüs yollarına keçə bilir; 1 mlm tənəffüs havasında 1000 mkm hissəçik olsa belə, 20 nonomikrondan kiçik hissəciklərin faiz nisbəti, heç də həmişə yoluxmaya səbəb olan virus yükünü daşımağa imkan vermir;
ölçüsü 20 nonomikrondan böyük olan hissəçiklər isə, yalnız həzm traktına daxil olur və mədənin turş mühütündə ani olaraq inaktivləşir; hətta həmin şəxs axlorhidriyadan əziyyət çəkirsə belə, həzm traktında AÇF reseptorları olmadığından, bu halda Covid 19-a yoluxma haqqında düşünmək belə absurd bir şeydir;
digər tərəfdən, hətta günəş şüası olmadıqda belə, təmiz atmosfer havası çox yüksək antimikrob və antiviral təsirə malikdir və çox qısa müddətdə virusların genom strukturunu inaktivıəşdirməklə, onların virulentlik əmsalını sıfırlayır.
Odur ki, yalnız yaxın kontaktda, xüsusən, qapalı mühüt daxılındə (təkrar edirəm, qapalı mühüt daxilində) bu infeksiyadan qorunmanın əsas yollarından biri maska taxmaqdır.
İndi isə maska taxmanın yaxın və uzaq fəsadları haqqında:
Uşaqlara təsiri.
Birinci uşaqlıq yaş dövrü sona çatana qədər (6 yaş) bronx-ağ ciyər sistemi formalaşmadığına görə, uşaqlara maska taxmaq qəti qadağandır. Bu hal faciəyə səbəb ola bilər. Yalnız zərurət yaranarsa (uşaq təhlükə gözlənilən qapalı mühütə girirsə), maska qısa müddətə- 10-15 dəqiqə taxıla bilər. Yaxşı olar ki, maska taxmağa bu münasibət, uşaqlarda ağ ciyər-tənəffüs sistemi tam formalaşana qədər, yəni qiz uşağının 11, oğlan uşağının isə 12 yaşı olana qədər əməl olunsun”.
Orxan Əhmədli
Şərhlər