Video 20:00 27.07.2020

Maska taxmayan keçi həbs olundu: "İtlərə belə taxırlar, o niyə taxmasın?!" (VİDEO)

Hindistanın Uttar Pradeş əyalətində maraqlı hadisə yaşanıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, polislər küçədə maskasız gəzən keçini saxlayıblar. Zorla maşına mindirilən keçi polis idarəsinə aparılıb. Hadisəni eşidən heyvanın sahibi təcili polis şöbəsinə gedib. Keçinin sahibinin yalvarmasından sonra heyvan maskasız küçədə gəzməməsi şərtilə sərbəst buraxıb.

Keçini tutan polislərdən biri açıqlamasında hadisənin qayda pozuntusu olduğunu deyib. 

"İnsanlar bu günlərdə itlərinə belə maska taxırlar, keçiyə nə üçün taxılmasın", - deyə sözügedən polis nəfəri bildirib.

Digər tərəfdən hadisənin sosial şəbəkələrdə viral olmasından sonra polis idarəsi açıqlamanı təkzib edib. Bildirilib ki, əslində keçinin yanında olan maskasız bir gənci saxlamaq istəyiblər, lakin o qaçdığından polislər keçini şöbəyə gətiriblər.

Camal