Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək

Mayın 19-da II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək.

Qaynarinfo xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, qəbul imtahanında iştirak edəcək abituriyentlər "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Abituriyentin imtahana buraxılış vərəqəsini çap etmək üçün http://eservices.dim.gov.az/brxvbak/ linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, abituriyent imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir. Şəxsiyyət vəsiqəsində şəkli olmayan  abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı da təqdim etməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda, abituriyent imtahana buraxılmır.
XƏBƏRLƏR
BLOGLAR