İdman 15:35 20.08.2013

Mayk Tayson intihar etmək istədi

Məşhur boksçu Mayk Tayson 2009-cu ildə 4 yaşlı qızının ölməsindən sonra intihar etmək istədiyini etiraf edib. 

Qaynar.info xəbər verir ki, bu barədə Tayson "NY Daily News"a açıqlamasında deyib. 

"Mən özümü öldürməyi planlaşdırmışdım. Hər gecə dozadan artıq narkotika qəbul edirdim. Mən indi də inana bilmirəm ki, ondan sonra yata bilmişəm" boksçu bildirib. 

Qeyd edək ki, əfsanəvi boksçu hazırda məşqçiliklə məşğuldur.

Qaynar.info