Siyasət 18:52 12.04.2013

MDB müsəlmanları Bakıya toplaşır

Bakıda MDB müsəlmanları Məşvərət Şurasının 2-ci iclası və "MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarlarıdır" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. 

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətindən bildirilib.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin sədri olduğu MDB müsəlmanları Məşvərət Şurasının iclası 16-17 aprel tarixlərində keçiriləcək.

İclasda Azərbaycandakı dini konfessiya nümayəndələri, hökumət və parlament üzvləri, elm və mədəniyyət xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri iştirak edəcəklər.

Qaynar.info