Mədəniyyət Nazirliyi də

Mədəniyyət Nazirliyi də "lazımı" gözləyir: YUĞ-a niyə bina verilmir?

Həsənağa Turabovun əsasını qoyduğu YUĞ teatrının yerləşdiyi bina 2016-cı ildə teatrıdan alınıb. 

Qaynarinfo xəbər verir ki, hazırda teatrın fəaliyyəti Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasında davam etdirilir. Bu günlərdə mətbuata açıqlama verən Mehriban Ələkbərzadə Mədəniyyət və Turizm Nazirliyinin bu mövsüm teatr işçiləri və seyircilərini sevindirəcəyinə ümid etdiyini bildirib.
 
Məsələ ilə bağlı nazirliyin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri İntiqam Hümbətovla əlaqə saxladıq. Nazirlik rəsmisi başda açıqlama verə biləcəyini desə də, mövzunu öyrəndikdən sonra sualdan boyun qaçırmaq istədi: 

"Bu əslində uzun-uzadı danışılacaq mövzudur. Qısaca onu deyim ki, cənab nazirin məsələdən xəbəri var. Hələlik teatrın müvəqqəti fəaliyyəti üçün şərait yaradılıb. Lazım gəlsə, bina veriləcək”. 
 
Nərmin Həsənli

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR