Müdafiə Sənayesi naziri Mədət Quliyevin qayını da hərbi xidmətə yollanıb.
Qaynarinfo mediapost.az-a istinadən xəbər verir ki, bu barədə M.Quliyevin həyat yoldaşı Zəhra Quliyeva məlumat verib:
"Qardaşım artıq ikinci dəfə həqiqi xidmətə, elini-obasını, vətənini qorumağa getdi. Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Allah bütün hərbçilərimizi qorusun”.
Şərhlər