Ölkə 10:38 19.01.2022

MEDİA saytlara dəstəklə bağlı müsabiqənin nəticələrini açıqladı (SİYAHI)

Medianın İnkişafı Agentliyi (MEDİA) tərəfindən onlayn media subyektlərinə (veb-saytlara) dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri açıqlanıb.

Bu barədə Qaynarinfo-ya qurumdan məlumat verilib.

Bütövlükdə 39 onlayn media subyektləri müsabiqəninq qalibləri olub. Onlardan 32-si ictimai-siyasi, 7-si isə idman məzmunlu kütləvi informasiya dərc edən onlayn media subyektləridir. Müsabiqənin qalibləri olan veb-saytlara MEDİA tərəfindən maliyyələşdirilən onlayn media subyektlərinin (veb-saytların) hər birinə aylıq 3000 (üç min) manat məbləğində maliyyə yardımı göstəriləcək.

Bundan əlavə, qurum tərəfindən çap mediası subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilmiş müsabiqənin nəticələri də məlum olub.