Dünya 09:24 04.02.2013

Məhəmməd Əli ölüm ayağında

Məşhur boksçu, üçqat dünya çempionu Məhəmməd Əli ölümcül xəstədir.

RBK agentliyinin verdiyi məlumata görə, bunu “Daily Mail”ə boksçunun qardaşı Rəhman Əli bildirib. Onun sözlərinə görə, Məhəmməd Əli heç kimi tanımır və danışa bilmir.

Məhəməd Əli Parkinson xəstəliyindən əziyyət çəkir. Qardaşı deyib ki, onun yanına qohumlarını və yaxınlarını buraxmırlar. Rəhman Əli buna görə, qardaşının həyat yoldaşı Lonnini günahlandırıb. Rəhman Əli qardaşının yayadək yaşayaca biləcəyinə şübhə etdiyini bildirib. Onun sözlərinə görə, Məhəmməd Əli hər an dünyasını dəyişə bilər.

Qeyd edək ki, 71 yaşlı çempion 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəksə də, o, ötən yay London Olimpiadasının açılış mərasimində iştirak etmişdi.

Anspress