Məhəmməd Peyğəmbəri təhqir edənə ölüm cəzası verildi (FOTO)

Məhəmməd Peyğəmbəri təhqir edənə ölüm cəzası verildi (FOTO)

Məhəmməd Peyğəmbəri təhqir edən şəxs edam olunacaq.

"Qaynarinfo"nun xarici KİV-ə istinadən məlumatına görə, Pakistanın Baxavalpur məhkəməsi Teymur Raza adlı şəxsə "Facebook" və "WhatsApp"da peyğəmbəri və yaxınlarını təhqir edən foto və yazılar yaydığı üçün edam cəzası verib

Baş prokuror Məhəmməd Şafiq Qureşiaş verdiyi açıqlamada onun 3500-dən izləyicisinin olduğunu bildirib.

Ölkənin təhlükəsizlik orqanları bu tip yazılar paylaşılan sosial şəbəkə hesablarını bağlayır. Son həftələrdə bu səbəbdən ölkədə onlarla insan həbs olunub.

Pakistanda qanunvericiliyə görə ateizmi təbliğ edən, Məhəmməd Peyğəmbəri və digər dini şəxsləri təhqir edənlərə ölüm hökmü verilə bilər.

Qeyd edək ki, T.Raza ötən il sosial şəbəkə hesabında Məhəmməd Peyğəmbərin şəxsiyyətini alçaldan və onu təhqir edən yazılar paylaşmışdığı üçün həbs olunmuşdu.


Çingiz

Qaynarinfo.Az

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR