Sənət 14:22 05.10.2019

Məhəmmədhüseyn Şəhriyarın oğlunu maşın vurdu

Cənubi Azərbaycanlı şair Məhəmmədhüseyn Şəhriyarın oğlu Hadi Behcət Təbrizi qəzaya düşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri Sayman Aruz "Facebook" səhifəsində məlumat paylaşıb. 

O, şairin oğlunun yol keçərkən avtomobil qəzasına uğradığını bildirib: "Dünən axşam Şəhriyarın yeganə oğlu Hadi Şəhriyar Təbrizin 17 Şəhrivar küçəsini keçərkən avtomobil qəzasına düşüb. Əlimizdə olan məlumata görə Hadi Şəhriyar hazırda koma vəziyyətindədir. Dua edək ki, Şəhriyarın dəyərli yadigarının sağlamlığı bərpa olsun”.